Gürcüstanda buraxılış imtahanları tam ləğv edilib

Gürcüstanda buraxılış imtahanları tam ləğv edilib Tbilisi. 1 fevral. REPORT.AZ/ “Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilməyəcək”.
Region
3788
1 Fevral , 2019 17:25
Gürcüstanda buraxılış imtahanları tam ləğv edilib

Tbilisi. 1 fevral. REPORT.AZ/ “Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilməyəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir: “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirlyi 2019-cu ildə attestat imtahanlarının yalnız 11-ci sinif şagirdləri üçün ləğv olunması barədə qərar qəbul edib. Bu, prinsipial olaraq düzgün yanaşmadır və məsələ ilə bağlı məsləhətləşmələr aparıldı. Nəticədə buraxılış imtahanlarının həm 11, həm də 12-ci sinif şagirdləri üçün ləğv olunması haqqında qərar qəbul edildi”.

Qeyd edək ki, bu yaxınlarda təqdim olunmuş təhsil sisteminin yeni modelinə əsasən, 2019-cu ildə ictimai məktəblərdə buraxılış imtahanlarının ləğvi yalnız 11-ci sinif şagirdlərinə şamil olunacaqdı. 12-ci sinif şagirdlərinin bu imtahanlardan azad edilməməsi cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu. 

Son xəbərlər

Orphus sistemi