Gürcüstanda Britaniya ştammına üç yoluxma təsdiqlənib

Gürcüstanda Britaniya ştammına üç yoluxma təsdiqlənib Yoluxanların təmasda olduğu 31 nəfər müəyyən edilib
Region
24 Fevral , 2021 17:19
Gürcüstanda Britaniya ştammına üç yoluxma təsdiqlənib

Gürcüstanda koronavirusun yeni ştammına üç yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, yoluxanların təmasda olduğu 31 nəfər müəyyən edilib: "Yoluxma faktları koronavirusun mutasiya etmiş növləri, böyük ehtimalla, Britaniya ştammıdır".

Son xəbərlər

Orphus sistemi