Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır

Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır Gürcüstanda koronavirus epidemiyasına görə tətbiq olunan məhdudiyyətlərin aprelin 27-dən yüngülləşdirilməsinə başlanılacaq.
Region
24 Aprel , 2020 15:01
Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır

Gürcüstanda koronavirus epidemiyasına görə tətbiq olunan məhdudiyyətlərin aprelin 27-dən yüngülləşdirilməsinə başlanılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, ölkə ərazisində şəxsi avtomobil və taksi ilə hərəkət bərpa olunacaq: “Bazar ertəsindən başlayaraq onlayn ticarətə, istənilən məhsulun çatdırılması xidmətinə və açıq tipli aqrar bazarların fəaliyyətinə də icazə veriləcək”.

Qeyd edək ki, qonşu ölkədə aprelin 17-dən 27-dək minik avtomobilləri ilə hərəkətə qadağa tətbiq olunur. 

Son xəbərlər

Orphus sistemi