Gürcüstanda azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2

Gürcüstanda azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2 Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kənd sakini Feyzi Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Region
1 Fevral , 2020 19:29
Gürcüstanda azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kənd sakini Feyzi Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Saxlanılan şəxsin həmin kənd sakini olduğu bildirilir. Hazırda o, polis bölməsində dindirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılan şəxs barədə hələ rəsmi məlumat yaymayıb. 


***15:52

Gürcüstanın Bolnisi rayonunda Feyzi Əhmədovun qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə aparılır. 


***13:23

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi kənd sakini Feyzi Əhmədov qətlə yetirilib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə ötən axşam baş verib.

F.Əhmədov gecə saatlarında evə gəlmədiyindən yaxınları onu axtarmağa başlayıblar və polisə xəbər veriblər. Bir neçə saatdan sonra onun meyiti kəndin kənarında aşkar olunub.

F.Əhmədovun döş nahiyəsinə bıçaqla bir neçə dəfə xəsarət yetirildiyi müəyyən olunub.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi