Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgədə çəyirtkələrə qarşı mübarizə tədbirləri həyata keçirilir

Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgədə çəyirtkələrə qarşı mübarizə tədbirləri həyata keçirilir Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində yayılmış İtaliya çəyirtkəsinə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Region
15 İyun , 2019 11:46
Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgədə çəyirtkələrə qarşı mübarizə tədbirləri həyata keçirilir

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində yayılmış İtaliya çəyirtkəsinə qarşı mübarizə tədbirləri həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.

Qardabani, Marneuli, Bolnisi və Tetritsakro rayonlarında artıq 1 700 hektar torpaq sahəsi dərmanlanıb. May ayından etibarən qonşu ölkənin Kvemo Kartli, Şida Kartli və Kaxeti bölgələrində çəyirtkələrin kütləvi yayılması müşahidə olunur. Bu bölgələrdə artıq 10 min hektara yaxın sahəyə kimyəvi dərman səpilib. Ziyanvericilərə qarşı avqust ayının sonuna qədər davam edəcək kimyəvi mübarizə tədbirlərinə 20 xüsusi avadanlıq cəlb olunub. Sahələr effektiv preparatlarla dərmanlanır və bu da ziyanvericinin yayılma miqyasını azaldır.

Agentlikdən qeyd olunub ki, İtaliya çəyirtkəsi yalnız bitkilərə ziyan vurur, insan sağlamlığı üçün heç bir təhlükə daşımır.

Son xəbərlər

Orphus sistemi