Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yol problemi qismən həll olunub, sakinlər yenə narazıdır - FOTO

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yol problemi qismən həll olunub, sakinlər yenə narazıdır - FOTO Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kəndinin yol problemi qismən həll olunub.
Region
9 İyul , 2019 12:31
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yol problemi qismən həll olunub, sakinlər yenə narazıdır - FOTO

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kəndinin yol problemi qismən həll olunub.

Bu barədə “Report”un Gürcüstan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, magistral yolun kəndin yaxınlığından keçən sahəsində quraşdırılan dəmir konstruksiyaların kiçik bir hissəsi piyadalar üçün götürülüb. Həmin hissədən avtomobillərin gediş-gəlişi isə mümkün deyil. Çanqilari sakinləri kəndi magistral yolla birləşdirən yolun tam açılmasını tələb edirlər.

Qeyd edək ki, iyunun 30-da Çanqilari kənd sakinləri aksiya keçirərək magistral yoldan kəndə gedən yolun dəmir hasarlarla bağlanmasına etiraz ediblər. Yol problemindən dolayı 80-ə yaxın ailənin yaşadığı kəndə gediş-gəliş çətinləşib, avtomobillə magistral şoseyə çıxmaq üçün bir neçə kilometr yol qət etmək tələb olunur. 

Son xəbərlər

Orphus sistemi