Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə torpaq sahələri satışa çıxarılıb

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə torpaq sahələri satışa çıxarılıb Gürcüstan hökuməti “Biznes üçün 100 investisiya təklifi” proqramı çərçivəsində 38 kənd təsərrüfatı torpağını satışa çıxarıb
Region
7 May , 2021 11:58
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə torpaq sahələri satışa çıxarılıb

Gürcüstan hökuməti “Biznes üçün 100 investisiya təklifi” proqramı çərçivəsində 38 kənd təsərrüfatı torpağını satışa çıxarıb.

“Report”un yerli bürosu xəbər verir ki, sahələrin 8-i azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsinin payına düşür.

Marneuli, Bolnisi, Dmanisi və Tetritskaro rayonlarında yerləşən kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 95,1165 hektar təşkil edir.

Ən çox torpaq sahəsi 11 olmaqla Kaxeti bölgəsində satışa təqdim olunub. Sahələrin biri soydaşlarımızın yaşadığı Qabal kəndində yerləşir. 13,3314 hektar sahənin başlanğıc qiyməti 307 000 laridir (təxminən 90 min ABŞ dolları).

Qeyd olunmalıdır ki, ermənilərin sıx məskunlaşdığı Samtsxe Cavaxeti bölgəsində yalnız bir torpaq sahəsi (7,0239 hektar) satışa çıxarılıb.

Sahələrin elektron hərrac vasitəsilə satışı mayın 18-nə təyin olunub.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin əsas tərəfdaşı xarici hüquqi şəxs olan şirkətlər torpaq sahələrini almaq hüququna malik deyil.

Son xəbərlər

Orphus sistemi