Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi ödənişli olacaq

Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi ödənişli olacaq Gürcüstanda etnik azlıqlara autentik soyadların verilməsi üçün xüsusi mexanizmin yaradılmasını nəzərdə tutuan qanun layihəsi hazırlanıb.
Region
8 Noyabr , 2021 16:08
Gürcüstanda azərbaycanlıların soyad dəyişdirməsi ödənişli olacaq

Gürcüstanda etnik azlıqlara autentik soyadların verilməsi üçün xüsusi mexanizmin yaradılmasını nəzərdə tutuan qanun layihəsi hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəd bu gün qanunverici orqanın büro iclasında müzakirəyə çıxarılacaq.

Layihədə bildirilib ki, Gürcüstanda yaşayan bəzi etnik qrupların soyadları onların tarixi-mədəni ənənələrinə xarakterik olmayan formada süni olaraq yaradılıb.

“Gürcüstanda soyadların bu cür dəyişdirilməsi təcrübəsi Rusiya İmperiyası dövrünə təsadüf edir. Bu proses sovet dövründə, xüsusən də rus dilinin dominantlığı ilə daha intensiv hal aldı və assimilyasiya siyasəti nəticəsində bir sıra entik qruplar üçün xarakterik olan soyadlar zorla dəyişdirildi. Sovet illərində Gürcüstanda azərbaycanlıların soyadlarının suffiksləri rus soyadlarına xas suffikslərlə əvəzlənirdi. Məlumdur ki, analoji yanaşma Gürcüstanda və sovetlər birliyi ölkələrində digər etnik qruplara (yezidlər, yunanlar) qarşı da tətbiq olunurdu”, - qanun layihəsində deyilir.

Qeyd olunub ki, etnik azlıqlar milli mənsubiyyətlərinə xarakterik soyad daşımaq hüququndan və özünəməxsus autentik soyad daşımaq imkanından məhrum olunublar.

Düzəlişlərə əsasən, qeyri-autentik soyadlar verilmiş milli azlıqların siyahısını hazırlayacaq və ədliyyə nazirinə təqdim edəcək müvəqqəti komissiya yaradılacaq. Komissiya həmçinin soyadların dəyişdirilməsi üçün tövsiyə xarakterli metodologiya da hazırlayacaq.

Qanun layihəsi ilə ədliyyə nazirinə soyadın dəyişdirilməsi prosedurları və bununla bağlı məsələlərin tənzimlənməsi barədə qərar qəbul etmək səlahiyyəti veriləcək. Bununla yanaşı, soyad dəyişdirilməsi prosedurları ilə bağlı xidmət haqqları da müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi