Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olunur

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olunur Gürcüstanın Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejiminin bu həftəsonu götürülməsi nəzərdə tutulub.
Region
253
11 İyun , 2020 12:26
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olunur

Gürcüstanın Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejiminin bu həftəsonu götürülməsi nəzərdə tutulub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Kənddə koronavirusa son yoluxma halı mayın 16-da qeydə alınıb. Artıq Getada sərt karantin rejiminin ləğvi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, indiyədək Bolnisi üzrə COVID-19-a 186 nəfər yoluxub. Onların 114-ü sağalıb, 4-ü isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi