Gürcüstanda azərbaycanlılar gürcü dilini bağçadan öyrənəcəklər

Gürcüstanda azərbaycanlılar gürcü dilini bağçadan öyrənəcəklər “Bu il Gürcüstanda ilk dəfə olaraq məktəbəqədər müəssisələrdə bilinqual (ikidilli - red.) təhsil sisteminin tətbiqinə başlanılıb”.
Region
111
1 Dekabr , 2021 14:23
Gürcüstanda azərbaycanlılar gürcü dilini bağçadan öyrənəcəklər

“Bu il Gürcüstanda ilk dəfə olaraq məktəbəqədər müəssisələrdə bilinqual (ikidilli - red.) təhsil sisteminin tətbiqinə başlanılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli parlamentdə “nazir saatı” formatında çıxışında deyib.

Nazir bildirib ki, yenilik üçün tədris resurslarının hazırlanması istiqamətində intensiv işlər aparılır: “Proqramın pilot versiyaları Kvemo Kartli və Samtsxe Cavaxeti bölgələrindəki uşaq bağçalarında tətbiq olunub. Bələdiyyələr səviyyəsində sistemin tətbiqi ilə bağlı tələb və imkanlar, həmçinin gələcəkdə alternativ məktəbəqədər təhsilin tətbiqinə hazırlıqla bağlı araşdırmalar aparılır”.

M.Çxenkeli qeyd edib ki, bilinqual təhsil proqramının həyata keçirilməsinə yerli ikidilli və köməkçi müəllimlər cəlb olunacaqlar.

Son xəbərlər

Orphus sistemi