Gürcüstanda azərbaycanlılar arasında “donuz qripi”nə yoluxma halları qeydə alınıb

Gürcüstanda azərbaycanlılar arasında “donuz qripi”nə yoluxma halları qeydə alınıb Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.
Region
2200
16 Yanvar , 2019 19:51
Gürcüstanda azərbaycanlılar arasında “donuz qripi”nə yoluxma halları qeydə alınıb

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi