Gürcüstanda azərbaycanlı yeniyetmə qızı erkən nikaha məcbur edən ata saxlanılıb

Gürcüstanda azərbaycanlı yeniyetmə qızı erkən nikaha məcbur edən ata saxlanılıb Gürcüstanın Kaxeti bölgəsində yeniyetmə qız övladını erkən nikaha məcbur edən azərbaycanlı kişi saxlanılıb.
Region
323
27 Oktyabr , 2019 13:23
Gürcüstanda azərbaycanlı yeniyetmə qızı erkən nikaha məcbur edən ata saxlanılıb

Gürcüstanın Kaxeti bölgəsində yeniyetmə qız övladını erkən nikaha məcbur edən azərbaycanlı kişi saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan Saqareco rayonunun Yormuğanlı kənd sakini 1975-ci il təvəllüdlü M.M. adlı şəxs 2002-ci il təvəllüdlü qızına psixoloji təzyiq göstərməklə onu erkən nikaha vadar edib.

Qızın atasını 2 ildən 4 ilədək həbs cəzası gözləyir.

Yeniyetmə sığınacağa yerləşdirilib. Onun sağlamlığına təhlükənin olmadığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi