Gürcüstanda azərbaycanlı qadının intiharına səbəb olan üç nəfərə qarşı ittiham irəli sürülüb

Gürcüstanda azərbaycanlı qadının intiharına səbəb olan üç nəfərə qarşı ittiham irəli sürülüb 2014-cü ildə Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində Xanım Ceyranovanın intiharı ilə bağlı 3 nəfərə qarşı ittiham irəli sürülüb.
Region
122
27 Aprel , 2022 16:28
Gürcüstanda azərbaycanlı qadının intiharına səbəb olan üç nəfərə qarşı ittiham irəli sürülüb

2014-cü ildə Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində Xanım Ceyranovanın intiharı ilə bağlı 3 nəfərə qarşı ittiham irəli sürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Həmin şəxslər qanunsuz olaraq azadlıqdan məhrumetmə və ləyaqəti alçaldan rəftarda ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, 2014-cü ilin sentyabrın 16-da Ləmbəli kəndində üç şəxs digərləri ilə birlikdə cinsi ayrı-seçkilik zəminində X.Ceyranovanı zor tətbiq etməklə maşından düşürüblər, onu şifahi və fiziki təzyiqlərə məruz qoyublar. Təqsirləndirilən şəxslər bundan sonra qadını həmkəndliləri qarşısında alçaltmaq məqsədi ilə onu zorla maşına mindirib kəndin mərkəzinə aparıblar. Kənd sakinlərinin yanında qadının nalayiq davranışına görə cəzalandırılmalı olduğu bildirilib və onun ünvanına alçaldıcı ifadələr işlədilib.

Bu əməllər nəticəsində X.Ceyranova həmin ilin sentyabrın 18-də intihar edib.

Baş Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi ötən ilin noyabrında X.Ceyranovanın ölümü ilə bağlı məsələni nəzərdən keçirib. Qəbul olunan qərarda Gürcüstanın qadına qarşı gender və namus zəminində zorakılıqla bağlı istintaqı təmin etmədiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi