Gürcüstanda anasını bıçaqlayan azərbaycanlı yeniyetmə saxlanılıb - YENİLƏNİB

Gürcüstanda anasını bıçaqlayan azərbaycanlı yeniyetmə saxlanılıb - YENİLƏNİB Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Gəncəli kəndində bıçaqlanma hadisəsi baş verib
Region
16 Fevral , 2021 08:52
Gürcüstanda anasını bıçaqlayan azərbaycanlı yeniyetmə saxlanılıb - YENİLƏNİB

Gürcüstanın Kaxeti bölgəsində ailə üzvünə ağır xəsarətlər yetirməkdə ittiham olunan 2003-cü il təvəllüdlü R.M. adlı şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, azərbaycanlı yeniyetmə fevralın 15-də Laqodexi bələdiyyəsinin Gəncəli kəndində 1978-ci il təvəllüdlü anasını soyuq silahla yaralayıb.

Qadın xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alır. Polis bıçağı maddi sübut kimi müsadirə edib.

Faktla bağlı istintaq davam etdirilir. Yeniyetmənin günahı sübuta yetirilərsə, onu 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

22:41

Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Gəncəli kəndində bıçaqlanma hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, 42 yaşlı qadın qarın və sinə nahiyəsindən çoxsaylı bıçaq yaraları alıb.

İlkin məlumatlara əsasən, hadisəni mübahisə zəminində qadının oğlu törədib.

Qadın xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı istintaq başlayıb. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi artıq saxlayıb.

Son xəbərlər

Orphus sistemi