Gürcüstanda azərbaycanlı hamilə qadın və anası koronavirusa yoluxdu

Gürcüstanda azərbaycanlı hamilə qadın və anası koronavirusa yoluxdu Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi kəndində (Kəpənəkçi) 19 yaşlı hamilə qadın və anasının koronavirusa yoluxması təsdiqlənib.
Region
390
2 Aprel , 2020 13:03
Gürcüstanda azərbaycanlı hamilə qadın və anası koronavirusa yoluxdu

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Kvemo Bolnisi kəndində (Kəpənəkçi) 19 yaşlı hamilə qadın və anasının koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili məlumat verib.

Onun sözlərinə görə, onların hər ikisi Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasına çatdırılıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Kvemo Bolnisi kəndi koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tam təcrid olunub. Bu kənddə koronavirusa yoluxanların sayı 4-ə çatıb.

Son xəbərlər

Orphus sistemi