Gürcüstan DİN azərbaycanlı bələdiyyə üzvünün saxlanılması ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB-2

Gürcüstan DİN azərbaycanlı bələdiyyə üzvünün saxlanılması ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Region
28 Mart , 2019 20:33
Gürcüstan DİN azərbaycanlı bələdiyyə üzvünün saxlanılması ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 18:04

Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərovun saxlanılması ilə bağlı məlumat yayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, istintaqla müəyyən olunub ki, R.Əsgərov Ş.M. adlı şəxsə 3 000 lari (1 113 dollar) müqabilində dövlət idarəsinə işə düzəldəcəyinə söz verib.

Tərəflər arasında ilk öncə məbləğin 1 500 larisi, daha sonra isə yerdə qalan məbləğin təqdim olunması barədə razılıq əldə olunub.

Ş.M. adlı vətəndaş R.Əsgərovla martın 7-də Marneulidə görüşərək ona 1 500 lari verib. Yerdə qalan 1 500 lari isə bələdiyyə üzvünə martın 20-də təqdim olunub.

R.Əsgərova qarşı Gürcüstan Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi açılıb. Onu 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 


*** 17:37

Gürcüstanın Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərov rüşvət faktı ilə bağlı saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları R.Əsgərovun evində axtarış aparırlar.

R.Əsgərov müxalif Vahid Milli Hərəkat Partiyasının üzvüdür. O, Marneuli sakrebulosunun binası yaxınlığında saxlanılıb.

Son xəbərlər

Orphus sistemi