Gürcüstanda Azərbaycanın şanlı qələbəsinin sevinci yaşanır

Gürcüstanda Azərbaycanın şanlı qələbəsinin sevinci yaşanır Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda Azərbaycanın tarixi qələbəsinə həsr olunan yürüş-mitinqi keçirilib.
Region
868
11 Noyabr , 2020 14:08
Gürcüstanda Azərbaycanın şanlı qələbəsinin sevinci yaşanır

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda Azərbaycanın tarixi qələbəsinə həsr olunan yürüş-mitinqi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları ilə bəzədilmiş avtomobillərlə rayon mərkəzində avtoyürüş də təşkil olunub.

Yürüş boyu “Yaşasın Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” və digər dəstək şüarları səsləndirilib.

Qardabaninin mərkəzində mitinqlə davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib.

Qardabani ağsaqqalı Firdovsi İskəndərov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, onun müavini Mayak Nemətov və digərləri çıxış edərək Azərbaycan Ordusunun şanlı qələbəsinin mahiyyətindən danışıblar. Onlar Azərbaycanın tarixi zəfər xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər.

Soydaşlarımızın sözlərinə görə, böyük qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin parlaq nəticəsidir. Tədbirdə Azərbaycan-Gürcüstan dostluğunun önəmindən və ölkədə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə dəstəyindən də söz açılıb.

Daha sonra aksiya iştirakçıları Rustavi şəhərinə gedərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın şanlı zəfəri Marneulinin Sadaxlı kəndində də qeyd olunub. Sakinlər avtoyürüş və ədəbi-bədii tədbir keçiriblər.

Son xəbərlər

Orphus sistemi