Gürcüstanda Azərbaycan şəhidlərinin xatirəsi anılıb, xarıbülbül gülü əkilib

Gürcüstanda Azərbaycan şəhidlərinin xatirəsi anılıb, xarıbülbül gülü əkilib Bu gün saat 12:00-da Azərbaycanın Gürcüstandakı səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik
Region
4 Dekabr , 2020 16:47
Gürcüstanda Azərbaycan şəhidlərinin xatirəsi anılıb, xarıbülbül gülü əkilib

Bu gün saat 12:00-da Azərbaycanın Gürcüstandakı səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Report"un yerli bürosu xəbər verir ki, anım tədbirindən sonra tarixdə ilk dəfə olaraq Gürcüstanda, səfirliyin ərazisində işğaldan azad edilmiş Qarabağ torpağında becərdilmiş və düşmən üzərində şanlı zəfərimizin simvollarından biri olan xarıbülbül gülü əkilib.

Səfirlikdən bildirilib ki, bununla da, Qarabağ ətri, qələbə ətri Gürcüstana da gətirilmişdir. Qeyd edilməlidir ki, xarıbülbül gülünün Gürcüstana gətirilməsi “AS Georgia” şirkətinin direktoru Emin Abbasovun dəstəyi ilə mümkün olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan xalqına!

Eşq olsun Azərbaycan hərbçilərinə!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Son xəbərlər

Orphus sistemi