Gürcüstanda avtobus aşıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Gürcüstanda avtobus aşıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunda ağır yol qəzası baş verib.
Region
12 Noyabr , 2019 10:26
Gürcüstanda avtobus aşıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunda ağır yol qəzası baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, “Iveco” markalı sərnişin avtobusunun sürücüsü Tsxemna kəndi ərazisində idarəetməni itirib.

Nəticədə avtobus yolun kənarına aşıb. Nəqliyyat vasitəsində olan 10-a yaxın sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

***

Acarıstanın Keda rayonunda avtobusun aşması nəticəsində 15 nəfər xəsarət alıb.

Vəziyyəti nisbətən ağır olan iki şəxs Batumi xəstəxanasına çatdırılıb.

Xəsarət alan digər 13 nəfər isə Keda rayon xəstəxanasında müalicə olunurlar.

Qəzaya düşən şəxslərin həyatlarının təhlükədə olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi