​Gürcüstanda Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı sorğunun nəticəsi açıqlanıb

​Gürcüstanda Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı sorğunun nəticəsi açıqlanıb Araşdırmanı İsveçin İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirib
Region
11 Aprel , 2016 14:34
​Gürcüstanda Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı sorğunun nəticəsi açıqlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Gürcüstan vətəndaşlarının 77 faizi ölkənin Avropa İttifaqına, 69 faizi isə NATO-ya üzv olmasının tərəfdar olduğunu bildirib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu rəqəmlər Milli Demokratiya İnstitutunun (ABŞ) ölkədə keçirdiyi rəy sorğusunun nəticələrində göstərilib.

Sorğu Gürcüstanın 3 900 vətəndaşı arasında müsahibə yolu ilə fevralın 23-dən martın 14-dək keçirilib.

Araşdırmanı İsveçin İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirib.

Son xəbərlər

Orphus sistemi