Gürcüstanda antiterror əməliyyatı keçirilib, 5 nəfər saxlanılıb

Gürcüstanda antiterror əməliyyatı keçirilib, 5 nəfər saxlanılıb Ötən gecə Gürcüstanın Pankisi bölgəsində xüsusi əməliyyat həyata keçirilib.
Region
24 Avqust , 2021 10:48
Gürcüstanda antiterror əməliyyatı keçirilib, 5 nəfər saxlanılıb

Ötən gecə Gürcüstanın Pankisi bölgəsində xüsusi əməliyyat həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, nəticədə 5 nəfər saxlanılıb.

İlkin məlumatlara əsasən, həmin şəxslərlə bağlı istintaq terror təşkilatında üzvlük, bu cür təşkilatın yaradılması, rəhbərliyində və fəaliyyətində iştirak maddəsi üzrə aparılır.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən xüsusi əməliyyatla bağlı rəsmi məlumatın açıqlanacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi