Gürcüstanda ali məktəblərə qəbul olan azərbaycanlı abituriyentlərin sayı artıb

Gürcüstanda ali məktəblərə qəbul olan azərbaycanlı abituriyentlərin sayı artıb Gürcüstanda 2019-2020-ci tədris ili üçün ali məktəblərə 880 azərbaycanlı abituriyent qəbul olub.
Region
30 Avqust , 2019 17:27
Gürcüstanda ali məktəblərə qəbul olan azərbaycanlı abituriyentlərin sayı artıb

Gürcüstanda 2019-2020-ci tədris ili üçün ali məktəblərə 880 azərbaycanlı abituriyent qəbul olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən bildirilib.

İllik müqayisədə milli azlıqlar üçün nəzərdə tutulan "1+4" proqramı üzrə universitetlərə qəbul olan azərbaycanlı gənclərin sayı 92 nəfər çoxdur. Ötənilki tədris ilində tələbə adını qazanan azərbaycanlı abituriyentlərin sayı 788 nəfər təşkil edib.

Qonşu ölkədə ali məktəblərə, ümumilikdə, 28 740 abituriyent qəbul olub. Onların da 6 546-sı dövlət qrantı hesabına təhsil alacaq.

Qeyd edək ki, “1+4” proqramı xüsusi olaraq Gürcüstanda yaşayan milli azlıqlar üçün hazırlanıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər. İlin sonunda 60 kredit balı toplaya bilən tələbələr imtahan vermədən istədikləri fakültədə təhsillərini davam etdirə bilirlər.

Son xəbərlər

Orphus sistemi