Gürcüstanda Aİ və NATO-ya üzvlüyü dəstəkləyənlərin sayı artıb

Gürcüstanda Aİ və NATO-ya üzvlüyü dəstəkləyənlərin sayı artıb Gürcüstanda rəyi soruşulanların 80%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün tərəfdarıdır.
Region
25 Yanvar , 2021 13:03
Gürcüstanda Aİ və NATO-ya üzvlüyü dəstəkləyənlərin sayı artıb

Gürcüstanda rəyi soruşulanların 80%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün tərəfdarıdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Gürcüstan hökumətinin NATO-ya üzvlük məqsədini isə respondetlərin 74%-i müsbət qiymətləndirib.

NDI-nin ötən ilin iyununda apardığı araşdırmaya əsasən, Aİ-yə inteqrasiyanı sorğuda iştirak edənlərin 76%-i, NATO-ya inteqrasiyanı isə 69%-i dəstəkləyib.

Qeyd edək ki, sorğu 2020-ci ilin 17-24 dekabr tarixində keçirilib və telefonla müsahibə yolu ilə 2 053 nəfərin rəyi öyrənilib.

Son xəbərlər

Orphus sistemi