Gürcüstanda açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək

Gürcüstanda açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək Martın 2-dək qüvvədə olan məcburi istifadə müddətinin artırılması nəzərdə tutulub
Region
18 Fevral , 2021 15:53
Gürcüstanda açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək

Gürcüstanda qoruyucu maskadan istifadə etməməyə görə cəzalar sərtləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkə parlamenti İnzibati xətalar Məcəlləsinə düzəlişlər layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Sənədə əsasən, qapalı və açıq məkanlarda maska taxmayan şəxslər 20 lari məbləğində cərimə olunacaqlar. İndiyədək bu cərimə yalnız qapalı məkanlara aid idi.

Vətəndaş açıq və qapalı ictimai yerlərdə qoruyucu maskadan istifadə qaydalarını təkrar pozarsa, həmin şəxs 40 lari məbləğində cərimə ödəməli olacaq.

Düzəlişlərə görə, maskasız şəxslərin qapalı məkanlara maskasız daxil olmasına icazə verən obyektlərə qarşı min lari məbləğində cərimə cəzası tətbiq olunacaq.

Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrından həm qapalı məkanlarda, həm də açıq havada qoruyucu maskadan istifadə məcburi olub. Martın 2-dək qüvvədə olan məcburi istifadə müddətinin artırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi