Gürcüstanda ABŞ vətəndaşı bıçaqlanaraq öldürülüb

Gürcüstanda ABŞ vətəndaşı bıçaqlanaraq öldürülüb Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə hadisədən bir neçə saat sonra cinayətkarı saxlayıb
Region
13 Avqust , 2016 16:27
Gürcüstanda ABŞ vətəndaşı bıçaqlanaraq öldürülüb

Bakı. 13 avqust. REPORT.AZ/ Gürcüstan polisi 41 yaşlı ABŞ vətəndaşının qətlində şübhəli bilinən şəxsi saxlayıb.

"Report" Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 1996-cı il doğumlu şübhəli şəxs söz atışmasından sonra ABŞ vətəndaşına bıçaqla hücum çəkib və ona bir neçə zərbə endirib. Nəticədə amerikalı yerində keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə hadisədən bir neçə saat sonra cinayətkarı saxlayıb.

Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq tədbirləri həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi