Gürcüstanda abortlar qadağan oluna bilər

Gürcüstanda abortlar qadağan oluna bilər Gürcüstanda hamiləliyin könüllü dayandırılması qadağan oluna bilər.
Region
1345
30 Sentyabr , 2020 13:22
Gürcüstanda abortlar qadağan oluna bilər

Gürcüstanda hamiləliyin könüllü dayandırılması qadağan oluna bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı müstəqil deputat Aleksandr Erkvaniya qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Qanun layihəsinə əsasən, aborta yalnız hamiləliyin davam etdirilməsinin qadının həyatına təhlükə olacağı halda icazə veriləcək.

Sənəddə qeyd olunub ki, hamililəliyin dayandırılması yalnız xüsusi tibbi müəssisədə və sertifikatı olan həkim tərəfindən həyata keçirilə bilər. Bütün digər hallarda isə qanun könüllü abortu qadağan edir.

Qeyd edək ki, son 10 ildə Gürcüstanda doğum səviyyəsi 15%-ə yaxın azalıb. 2019-cu ildə ölkədə 48,3 min körpə doğulub, qeydə alınan abortların sayı isə 21,6 min təşkil edib.    

Son xəbərlər

Orphus sistemi