Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb

Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.
Region
14 Noyabr , 2021 16:22
Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb

Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə partiya liderlərindən biri David Kirkitadze xüsusi brifinqdə bildirib.

D.Kirkitadze bildirib ki, 45 gündür aclıq aksiyası keçirən Saakaşviliyə lazımi tibbi xidmət göstərilmir.

Aclıq aksiyası keçirən millət vəkilləri eks-prezidentin mülki klinikaya köçürülməsi tələbi irəli sürüblər.

Kirkitadzedən başqa, Akaki Minaşvili, Temur Canaşiya, Baçuki Kardava, Nika Maçutadze, Giorgi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili və Abdulla İsmayılov da aclıq aksiyasına başlayıblar.

Son xəbərlər

Orphus sistemi