Gürcüstanda 72 tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda 72 tibb işçisi koronavirusa yoluxub Gürcüstanda tibbi heyət arasında koronavirusa 72 yoluxma halı təsdiqlənib.
Region
2 may 2020 05:43
Gürcüstanda 72 tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda tibbi heyət arasında koronavirusa 72 yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “İmedi” kanalına bildirib.

Onun sözlərinə görə, yoluxmanın yüksək faizi COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicə olunduğu xəstəxanaların deyil, təcili tibbi yardım xidməti və virus daşıyıcısı olduğundan şübhələnməyən xəstələrin müraciət etdiyi klinikaların payına düşür.

Mərkəz rəhbəri deyib ki, təcili tibbi yardımın 30 yaxın əməkdaşı koronavirusa yoluxub. 

Son xəbərlər

Orphus sistemi