Gürcüstanda meşədə itkin düşən 7 gənc tapıldı - YENİLƏNİB

Gürcüstanda meşədə itkin düşən 7 gənc tapıldı - YENİLƏNİB Gürcüstanın Abastumani kurort qəsəbəsində 7 gənc itkin düşüb.
Region
6 İyun , 2021 18:42
Gürcüstanda meşədə itkin düşən 7 gənc tapıldı - YENİLƏNİB

Gürcüstanın Abastumani kurort qəsəbəsində meşədə itkin düşən 7 gənc tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, gənclərin hamısı sağ-salamatdır və həyatları üçün heç bir təhlükə yoxdur.

Axtarış-xilasetmə əməliyyatında 50-yə yaxın xilasedici və reyncer iştirak edib.

13:00

Gürcüstanın Abastumani kurort qəsəbəsində 7 gənc itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, onlarla əlaqə üç gün öncə kəsilib.

Meşəyə piknikə yollanan gənclərin axtarışlarına 40 nəfər xilasedici və reyncer, həmçinin dron da cəlb olunub.

İtkin düşənlərin birinin Axaltsixedən olan müəllim, digərlərinin isə onun tələbələri olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi