Gürcüstanda 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb

Gürcüstanda 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb
Region
146
30 Mart , 2021 09:40
Gürcüstanda 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb
Bu gündən Gürcüstanda “Pfizer” vaksininin tətbiqi ilə koronavirus əleyhinə peyvəndlənmənin növbəti mərhələsinə başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, vaksinasiya 65 yaşdan yuxarı tibb işçiləri və vətəndaşları əhatə edəcək.
Proses Tbilisi, Batumi və Kutaisi şəhərlərində yerləşən 6 klinikada həyata keçiriləcək. Peyvənd vurdurmaq istəyən şəxslər “Pfizer” və “AstraZeneca” preparatları arasında seçim edəcəklər.
Qeyd edək ki, Gürcüstanda “AstraZeneca”nın tətbiqi ilə səhiyyə işçiləri arasında peyvəndlənməyə martın 15-dən start verilib. Qonşu ölkə 30 min dozaya yaxın “Pfizer” vaksinini martın 25-də ABŞ-dan tədarük edib.

Son xəbərlər

Orphus sistemi