Gürcüstanda 63 yeni məktəb tikiləcək

Gürcüstanda 63 yeni məktəb tikiləcək “2020-2021-ci illərdə Gürcüstanda 63 yeni məktəbin inşası başa çatdırılacaq”.
Region
5 Sentyabr , 2019 17:43
Gürcüstanda 63 yeni məktəb tikiləcək

“2020-2021-ci illərdə Gürcüstanda 63 yeni məktəbin inşası başa çatdırılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd Maya Tskitişvili parlamentdə çıxışında bildirib.

Onun sözlərinə görə, məktəb və uşaq bağçalarının tikinti-bərpası prosesi davam etdiriləcək: “Yeni inşa olunacaq 63 məktəb 8 400 şagird üçün nəzərdə tutulub. 87 məktəbdə isə bu il əsaslı təmir işlərinə başlanılıb”.

M.Tskitişvili qeyd edib ki, gələn ildən bələdiyyələr kiçik məktəblərin inşasını həyata keçirə biləcək.

Orphus sistemi