Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb

Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb Son 2-3 həftə ərzində Gürcüstanda koronavirusun təsdiqləndiyi şəxslərin əksəriyyəti yük maşını sürücüləri olub.
Region
30 İyun , 2020 13:32
Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb

"Son 2-3 həftə ərzində Gürcüstanda koronavirusun təsdiqləndiyi şəxslərin əksəriyyəti yük maşını sürücüləri olub".

"Report"un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, 30-a yaxın sürücünün COVID-19-la bağlı testi pozitiv nəticələnib.

Mərkəz rəhbəri gün ərzində təxminən 400 sürücünün koronavirusla bağlı tibbi yoxlamadan keçirildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi