Gürcüstanın Lentexi rayonunda 1 nəfər göbələkdən zəhərlənərək ölüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, 67 və 76 yaşlı digər iki şəxs isə ağır vəziyyətdə Kutaisi şəhər xəstəxanasına çatdırılıb.
Onlar reanimasiya şöbəsinə yerləşdirilib. Zəhərlənən şəxslərin qohum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.