Gürcüstanda 18 yaşdan yuxarı şəxslər üçüncü doza vaksin vurdura biləcəklər

Gürcüstanda 18 yaşdan yuxarı şəxslər üçüncü doza vaksin vurdura biləcəklər Gürcüstanda sabahdan etibarən yaşı 18-dən yuxarı olan istənilən şəxs koronavirus əleyhinə üçüncü dozanı qəbul edə biləcək.
Region
9 Noyabr , 2021 12:45
Gürcüstanda 18 yaşdan yuxarı şəxslər üçüncü doza vaksin vurdura biləcəklər

Gürcüstanda sabahdan etibarən yaşı 18-dən yuxarı olan istənilən şəxs koronavirus əleyhinə üçüncü dozanı qəbul edə biləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, “buster” dozadan istənilən vaksini vurdurmuş şəxslər istifadə edə biləcəklər.

Qeyd edək ki, Gürcüstanda gücləndirici vaksin dozasının tətbiqi bu ilin oktyabrın 7-də təsdiqlənib. Qüvvədə olan qərara əsasən, üçüncü doza yaşı 50-dən yuxarı olan, yüksək riskli peşələrdə çalışan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi