Gürcüstanda 15 yaşlı azərbaycanlı qız axtarılır

Gürcüstanda 15 yaşlı azərbaycanlı qız axtarılır Gürcüstanın Bolnisi rayonunda yaşayan 15 yaşlı azərbaycanlı qız axtarışa verilib.
Region
4 İyun , 2021 23:29
Gürcüstanda 15 yaşlı azərbaycanlı qız axtarılır

Gürcüstanın Bolnisi rayonunda yaşayan 15 yaşlı azərbaycanlı qız axtarışa verilib.

“Report”un yerli bürosunun məlumatına görə, yeniyetmənin iyunun 3-də Telavi bələdiyyəsinin Qaracala kənd sakini olan 21 yaşlı gənc tərəfindən evlənmək məqsədilə qaçırıldığı bildirilir.

Gəncin atası iddia edib ki, oğlu və qız bir-birini sevirlər və bu, hər iki ailəyə məlumdur.

Polis gənclərin yerini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi