Gürcüstanda 13 məhbus aclıq aksiyası keçirir

Gürcüstanda 13 məhbus aclıq aksiyası keçirir Gürcüstanın müxtəlif həbsxanalarında 13 məhbus aclıq aksiyası keçirir.
Region
20 Mart , 2019 18:36
Gürcüstanda 13 məhbus aclıq aksiyası keçirir

Gürcüstanın müxtəlif həbsxanalarında 13 məhbus aclıq aksiyası keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani parlamentdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, ötən ilin avqustun 1-nə olan məlumata əsasən, ölkədə 9 986 məhbus1 643 məhkum olub:

“Hazırda isə cəzaçəkmə müəssisələrində 9 870 məhbus, 1 937 məhkum var. Məhkumların sayı artıb, məhbusların sayı isə azalıb”.

T.Tsulukiani həmçinin qeyd edib ki, Haaqada imzalanmış memoranduma əsasən, Gürcüstanda digər ölkələrdən olan məhbuslar da cəza çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi