Gürcüstanda 10 narkotik alverçisi saxlanılıb

Gürcüstanda 10 narkotik alverçisi saxlanılıb Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və yaxud ömürlük həbs gözləyir
Region
21 aprel 2021 07:18
Gürcüstanda 10 narkotik alverçisi saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun həyata keçirdiyi birgə operativ istintaq tədbirləri nəticəsində Poniçala (Soğanlıq) qəsəbəsi, Tbilisi-Rustavi-Qırmızı körpü avtomagistralı və Lilo bazarı yaxınlığında 10 nəfər narkotik alverçisi saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

İstintaqla həmin şəxslərin sistematik olaraq narkotik vasitə satışı ilə məşğul olduqları müəyyən edilib. Onlardan ümumilikdə 7 kiloqrama yaxın heroin müsadirə olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və yaxud ömürlük həbs gözləyir.

Son xəbərlər

Orphus sistemi