Gürcüstana yüksək büdcəli turistlər cəlb ediləcək

Gürcüstana yüksək büdcəli turistlər cəlb ediləcək “Gürcüstanın Milli Turizm Administrasiyasının bu il üçün əsas hədəflərindən biri ölkəyə yüksək büdcəli turistlərin cəlb edilməsi olacaq”.
Region
10 Yanvar , 2020 17:28
Gürcüstana yüksək büdcəli turistlər cəlb ediləcək

“Gürcüstanın Milli Turizm Administrasiyasının bu il üçün əsas hədəflərindən biri ölkəyə yüksək büdcəli turistlərin cəlb edilməsi olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumun rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, digər əsas hədəf turizm bazarlarının diversifikasiyası olacaq: “2020-ci ildə fəal olaraq marketinq kampaniyaları və Gürcüstan haqqında məlumatlılığın artırılmasına yönəlmiş bir sıra tədbirlər həyata keçiriləcək”.

Administrasiya rəhbəri yeni turizm məhsullarının yaradılacağını da deyib.

Qeyd edək ki, 2019-cu ildə qonşu ölkəyə 9 357 964 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu, tarixi rekord göstərici olub. 

Son xəbərlər

Orphus sistemi