Gürcüstana “Pfizer” vaksininin növbəti partiyası çatdırılıb

Gürcüstana “Pfizer” vaksininin növbəti partiyası çatdırılıb Gürcüstan koronavirus əleyhinə ABŞ-Almaniya istehsalı olan “Pfizer” peyvəndinin növbəti partiyasını tədarük edib.
Region
14 İyul , 2021 11:35
Gürcüstana “Pfizer” vaksininin növbəti partiyası çatdırılıb

Gürcüstan koronavirus əleyhinə ABŞ-Almaniya istehsalı olan “Pfizer” peyvəndinin növbəti partiyasını tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Pfizer”lə vaksinasiyaya iyulun 16-dan başlanılacaq.

İstehsalçı ilə əldə olunan razılığa əsasən, 1 000 350 peyvənd dozası Gürcüstana mərhələli şəkildə çatdırılacaq.

Qeyd edək ki, qonşu ölkədə iyulun 5-dən əhalinin kütləvi vaksinasiyasına start verilib.

Son xəbərlər

Orphus sistemi