Türkiyədən Gürcüstana külli miqdarda qanunsuz dərman idxalının qarşısı alınıb

Türkiyədən Gürcüstana külli miqdarda qanunsuz dərman idxalının qarşısı alınıb Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində iki nəfər saxlanılıb.
Region
20 Avqust , 2019 09:59
Türkiyədən Gürcüstana külli miqdarda qanunsuz dərman idxalının qarşısı alınıb

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində iki nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılanlar ümumi dəyəri 37 min laridən çox (12,7 min dollar) olan müxtəlif növ medikamentləri Gürcüstan ərazisinə qanunsuz idxal etməyə çalışıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Saxlanılan şəxsləri 3 ildən 5 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi