Gürcüstana gedən əcnəbilərdən sağlamlıq sığortası tələb olunacaq

Gürcüstana gedən əcnəbilərdən sağlamlıq sığortası tələb olunacaq Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib
Region
122
8 Aprel , 2021 15:42
Gürcüstana gedən əcnəbilərdən sağlamlıq sığortası tələb olunacaq

"Gürcüstan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün sağlamlıq və bədbəxt hadisələrdən sığorta ilə bağlı şərtlər müəyyən edəcək".

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.

Onun sözlərinə görə, bununla bağlı hazırlanan qanunvericilik təşəbbüsü bu gün parlamentin Səhiyyə komitəsində müzakirə olunub.

Nazir müavini bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün ötən il xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan tələbələrə münasibətdə Gürcüstana daxil olmaq və ölkədə qalmaq üçün sağlamlıq və bədbəxt hadisələrdən sığortanın tətbiqi məqsədəuyğun hesab olunub: "Bu məqsədlə ötən ilin sentyabrın 10-da hökumət qərar qəbul edib. Bundan sonra qanunvericilik aktının qəbulu məsələsi gündəmə gəlib".

Son xəbərlər

Orphus sistemi