Gürcüstan XİN “Şərq tərəfdaşlığı”nın 10 illiyi ilə bağlı bəyanat yayıb

Gürcüstan XİN “Şərq tərəfdaşlığı”nın 10 illiyi ilə bağlı bəyanat yayıb Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramının 10 illik yubileyi ilə bağlı bəyanat yayıb.
Region
7 May , 2019 13:14
Gürcüstan XİN “Şərq tərəfdaşlığı”nın 10 illiyi ilə bağlı bəyanat yayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramının 10 illik yubileyi ilə bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə proqramın 10 il bundan qabaq mayın 7-də Aİ ilə Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Ukraynanın “Şərq tərəfdaşlığı” təşəbbüsünün əsasını qoyduğu xatırlanıb.

Gürcüstan XİN təşəbbüsün proqrama üzv ölkələrin inkişafı, regional əməkdaşlığın dərinləşdirilməsi və Aİ ilə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.

Bəyanatda qeyd olunub ki, 10 il ərzində Aİ və tərəfdaş ölkələr arasında iqtisadi və ticari əlaqələrin gücləndirilməsi üçün çox sayda imkanlar yaradılıb.

Sənəddə Aİ-nin “Şərq tərəfdaşlığı” ölkələrində sülh və təhlükəsizliyin təşviqində, münaqişələrin sülh yolu ilə həlli, təhlükəsizliyin gücləndirilməsi və digər sahələrdəki xüsusi rolu da vurğulanıb.

Gürcüstan XİN bəyanatda həmçinin Aİ-yə inteqrasiya yolunda ölkənin əldə etdiyi nailiyyətlər və həyata keçirilən islahatlara da toxunub.   

Son xəbərlər

Orphus sistemi