Gürcüstan XİN 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb

Gürcüstan XİN 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Region
7 Avqust , 2019 11:08
Gürcüstan XİN 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, XİN Rusiyanı 2008-ci ilin avqustun 12-də əldə olunmuş atəşkəs haqqında sazişin öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bəyanatda bildirilib ki, 11 il əvvəl hərbi təcavüz və beynəlxalq hüququn fundamental normalarına məhəl qoymamaqla suveren dövlətin sərhədlərinin zor gücünə dəyişdirilməsinə cəhd olub və bu da həm region, həm də ümumilikdə Avropanın təhlükəsizlik sistemi üçün ciddi təhdiddir.

Sənəddə vurğulanıb ki, Rusiya Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrinin faktiki zəbti istiqamətində addımlar atır: “Bu məqsədlə Rusiya dəmir tikanlı hasarlar çəkməkdə və süni maneələr yaratmaqda davam edir. Bu da yerli sakinlərin sərbəst hərəkət etmə və digər əsas hüquq və azadlıqlarını kobud şəkildə pozur. Buna görə də əhali ağır humanitar və sosial-iqtisadi vəziyyətdə yaşayır”.

XİN Gürcüstan hökumətinin cari çağırışlara cavab olaraq Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini ardıcıl olaraq davam etdirdiyini qeyd edib.

Bəyanatda Gürcüstan tərəfinin beynəlxalq ictimaiyyətin ölkənin suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həll olunması üçün töhfəsini yüksək qiymətləndirdiyini bildirilib.

Qeyd edək ki, Rusiya-Gürcüstan müharibəsi 2008-ci ilin avqustun 8-də başlayıb və 5 gün davam edib. Müharibə nəticəsində Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal edib və avqustun 26-da onların müstəqilliklərini tanıyıb. 

Son xəbərlər

Orphus sistemi