Gürcüstan və Türkiyə ticarət dövriyyəsini 3 milyard dollara çatdıracaq

Gürcüstan və Türkiyə ticarət dövriyyəsini 3 milyard dollara çatdıracaq “Gürcüstan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmaq niyyətindəyik”.
Region
28 İyul , 2022 15:51
Gürcüstan və Türkiyə ticarət dövriyyəsini 3 milyard dollara çatdıracaq

“Gürcüstan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmaq niyyətindəyik”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı İlya Darçiaşvili deyib.

Onun sözlərinə görə, bu göstəricinin tezlikllə əldə olunacağı gözlənilir: “Bu prosesə kömək məqsədilə və ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığı maksimum sadələşdirmək üçün həm xarici işlər nazirlikləri, həm də digər dövlət orqanları bir-biri ilə fəal əməkdaşlıq edir. Gələcəkdə bu prosesə mane olan texniki baryerləri maksimal dərəcədə aradan qaldırmağa çalışacağıq”.

XİN başçısı qeyd edib ki, Gürcüstan bazarının Türkiyənin özəl sektoru və sərmayələri üçün cəlbediciliyinin artırılması istiqamətində də müvafiq dəstək tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi