Gürcüstan və Qazaxıstan prezidentləri “Bir kəmər, bir yol” layihəsini müzakirə ediblər

Gürcüstan və Qazaxıstan prezidentləri “Bir kəmər, bir yol” layihəsini müzakirə ediblər BMT Baş Asambleyasının 74-cü sessiyası çəçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.
Region
25 Sentyabr , 2019 10:12
Gürcüstan və Qazaxıstan prezidentləri “Bir kəmər, bir yol” layihəsini müzakirə ediblər

BMT Baş Asambleyasının 74-cü sessiyası çəçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələr müzakirə olunub.

Tərəflər iqtisadi əməkdaşlığın intensivləşdirilməsi, birgə qlobal və regional layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin ticari-iqtisadi və energetika sahəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Bildirilib ki, Gürcüstan üçün Qazaxıstanla TRASECA dəhlizi və “Bir kəmər, bir yol” layihəsinin inkişaf etdirilməsi üzrə əməkdaşlıq prioritet əhəmiyyətə malikdir.

K.Tokayev Qazaxıstanın Gürcüstanla dostluq münasibətlərinin inkişafı, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.

S.Zurabişvili öz növbəsində K.Tokayevə Qazaxıstan kapitalının Gürcüstandakı investisiya və nəqliyyat-logistika layihələrində fəal iştirakına görə minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi