Gürcüstan və Ermənistanın xarici işlər nazirləri bölgədəki kommunikasiyaların açılmasını müzakirə ediblər

Gürcüstan və Ermənistanın xarici işlər nazirləri bölgədəki kommunikasiyaların açılmasını müzakirə ediblər Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu ölkədə səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Region
8 Sentyabr , 2021 20:30
Gürcüstan və Ermənistanın xarici işlər nazirləri bölgədəki kommunikasiyaların açılmasını müzakirə ediblər
Ararat Mirzoyan və David Zalkaliani

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu ölkədə səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı A.Mirzoyan regional əlaqələrin bərpa olunmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.

Xatırladaq ki, bundan əvvəl Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi