Gürcüstan və Ermənistan müdafiə nazirləri bölgədə sabitliyi müzakirə edib

Gürcüstan və Ermənistan müdafiə nazirləri bölgədə sabitliyi müzakirə edib Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Batumidə ermənistanlı həmkarı David Tonoyanla görüş keçirib.
Region
6 Noyabr , 2019 19:36
Gürcüstan və Ermənistan müdafiə nazirləri bölgədə sabitliyi müzakirə edib

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Batumidə ermənistanlı həmkarı David Tonoyanla görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş Acarıstan paytaxtında keçirilən Gürcüstanın Müdafiə və Təhlükəsizliyi üzrə XIII konfrans çərçivəsində baş tutub.

Tərəflər Gürcüstan və Ermənistan arasındakı münasibətləri müzakirə ediblər. Əsas diqqət bölgədə sabitlik və təhlükəsizlik məsələlərinə ayırılıb.

Müdafiə nazirləri mövcud əməkdaşlıq münasibətlərini və gələcək planları da nəzərdən keçiriblər. 

Son xəbərlər

Orphus sistemi