Gürcüstan və Çin “Orta dəhliz”in inkişaf imkanlarını müzakirə ediblər

Gürcüstan və Çin “Orta dəhliz”in inkişaf imkanlarını müzakirə ediblər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Çinə səfəri çərçivəsində bu ölkənin nəqliyyat naziri Li Siaopan ilə görüşüb.
Region
5 Noyabr , 2019 16:18
Gürcüstan və Çin “Orta dəhliz”in inkişaf imkanlarını müzakirə ediblər

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Çinə səfəri çərçivəsində bu ölkənin nəqliyyat naziri Li Siaopan ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Tərəflər Gürcüstan və Çin arasında qarşılıqlı iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə “Bir kəmər, bir yol” təşəbbüsü də daxil olmaqla nəqliyyat dəhlizlərinin inkişafı məsələsinə xüsusi diqqət ayırılıb.

Qeyd olunub ki, Gürcüstan və Çin ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi ilə paralel olaraq nəqliyyat sektorunun bütün sahələrində əməkdaşlığın gücləndirilməsi üçün böyük nailiyyətlər əldə edib.

N.Turnava “Orta dəhliz”in təşviqi ilə bağlı Gürcüstan hökumətinin atdığı addımlar barədə ətraflı məlumat təqdim edib.

L.Siaopan, öz növbəsində, “Orta dəhliz”in inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. Nazir bu potensialın istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Nəqliyyat naziri gürcü nazirin “Orta dəhliz”in imkanlarının artırılması və mövcud olan problemlərin aradan qaldırılması məqsədilə fəal çalışacaq daimi işçi qrupun yaradılması təklifini müsbət qiymətləndirib.

Görüşdə həmçinin iki ölkə arasında aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın gücləndirilməsi məsələsi də nəzərdən keçirilib. 

Son xəbərlər

Orphus sistemi