Gürcüstan və ABŞ arasında təhlükəsizliyə dair saziş imzalanıb

Gürcüstan və ABŞ arasında təhlükəsizliyə dair saziş imzalanıb Gürcüstan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb.
Region
22 noyabr 2019 12:38
Gürcüstan və ABŞ arasında təhlükəsizliyə dair saziş imzalanıb

Gürcüstan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sənədi ABŞ-da səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və ABŞ müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper imzalayıblar.

Sazişdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın növbəti üç il üçün prioritet istiqamətləri müəyyən olunub və Gürcüstanın müdafiə hazırlığının gücləndirilməsinə yönəlib. 

Son xəbərlər

Orphus sistemi