Gürcüstan terrorizmlə mübarizə üzrə milli strategiyasını yeniləyib

Gürcüstan terrorizmlə mübarizə üzrə milli strategiyasını yeniləyib Gürcüstanın terrorizmlə mübarizə üzrə yeni milli strategiyası hazırlanıb.
Region
24 Yanvar , 2022 12:29
Gürcüstan terrorizmlə mübarizə üzrə milli strategiyasını yeniləyib

Gürcüstanın terrorizmlə mübarizə üzrə yeni milli strategiyası hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Strategiya və fəaliyyət planı hökumətin bugünkü toplantısında təsdiq olunub.

Hökumət başçısı deyib ki, sənədin məqsədi dövləti və cəmiyyəti terrorizm və zorakı ekstremizmin yaratdğı təhlükələrdən qorumaqdır.

Qeyd edək ki, qonşu ölkədə terrorla mübarizə üzrə üçillik mili strategiya 2019-cu ildə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi